Şəmkirdə qəza: qadını xəstəxanaya çatdırdılar

25 İyun 2018 16:45 (UTC+04:00)

Şəmkirdə piyadanı avtomobil vurub.

Movqe.az APA-ya istinadən bildirir ki, rayon sakini, 1979-cu il təvəllüdlü Dostməmmədova Mahirə Afiq qızı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

M. Dostməmmədovanın dediyinə görə, avtomobil onu rayonun "Üçyol" adlı ərazisində yolu keçərkən vurub.

Faktla bağlı araşdırma aparılır.