Rusiya millisinin bazasında qətl

25 İyun 2018 17:36 (UTC+04:00)

Futbol üzrə Rusiya milli komandasının dünya çempionatı ilə əlaqədar məskunlaşdığı Novoqorsk olimpiya bazasında qətl hadisəsi baş verib.

Movqe.az goal.az-a istinadən istinadən xəbər verir ki, baza ərazisindəki restoranda 28 yaşlı ukraynalı ofisiant 55 yaşlı aşpazı bıçaqlayıb. Həmin şəxs həbs olunub.

Qeyd edək ki, hazırda Rusiya yığması bu gün Uruqvay yığması ilə keçirəcəyi A qrupunun III tur matçı ilə əlaqədar Samara şəhərindədir.