FIFA isveçli futbolçunu cəzalandıra bilər

25 İyun 2018 17:56 (UTC+04:00)

İsveç millisinin hücumçusu Markus Berq FİFA tərəfindən cəzalandırıla bilər. Movqe.az goal.az-a istinadən xəbər verir ki, ali futbol qurumu təcrübəli futbolçunun saymamazlıq etdiyini düşünür. Almaniya ilə matçdan sonra FİFA nümayəndələri Berqi dopinq-testə dəvət etsələr də, o, jurnalistlərə müsahibə verməyə yollanıb. Mətbuatla ünsiyyətdən sonra futbolçu testdən keçib və qanında qadağan olunmuş preparat aşkarlanmayıb. Amma onun hərəkətini dopinq müfəttişləri hörmətsizlik kimi qiymətləndirib.