Ali Baş Komandanı İlham Əliyev: Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi

26 İyun 2018 10:40 (UTC+04:00)

"Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Strateji yüksəklikləri zəbt etdik".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib