Bakıda binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın söndürülüb (FOTO) (YENİLƏNİB)

26 İyun 2018 21:41 (UTC+04:00)

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda başlayan yanğın əraziyə dərhal cəlb olunan yanğısöndürən maşın və canlı qüvvə vasitəsilə söndürülüb. X X X

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

Movqe.az-ın məlumatına görə, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

 

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Trend