Azarkeşlərə spirtli içki satılacaq

27 İyun 2018 11:15 (UTC+04:00)

Futbol azarkeşləri gələn mövsümdən Çempionlar Liqası və Avropa Liqası matçlarında spirtli içki ala biləcəklər.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsi avrokubok oyunlarında alkoqol satışına dair qanuna dəyişiklik edib. İndi alkoqol məhsullarının stadionlarda satışı oyunları qəbul edən ölkələrin qanunvericiliyinə uyğun həyata keçiriləcək.

UEFA alkoqol məhsullarının stadionlarda və digər meydanlarda satışına 2000-ci ildən qadağa qoymuşdu.

2018-2019 mövsümündə Çempionlar Liqasının finalı İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq.