Müdafiə Nazirliyi: "Naxçıvanda azad edilən ərazilərə mülki əhalinin qayıtması artıq müzakirə olunmayan danılmaz faktdır"

27 İyun 2018 11:43 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, bir qrup erməni media nümayəndəsinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır:

"Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə "press-tur"lar təşkil etməkdən başqa çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır".