İsmayıl Hüseynov Səfər Mehdiyevin birinci müavini oldu

27 İyun 2018 11:52 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə gömrük xidməti general-mayor İsmayıl Hüseynov gətirilib. Təyinat bu günlərdə həyata keçirilib

DGK-nın mətbuat xidməti də faktı redaksiyaya təsdiqləyib.

 

Qeyd edək ki, İ.Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu.