Bu gün “meteor yağışı” olacaq

27 İyun 2018 19:40 (UTC+04:00)

Bu gün səmada "meteor yağışı" baş verəcək.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu hadisə hər il iyunun 22-dən iyulun 2-dək müşahidə olunur.

Bu il meteor yağışı pik həddinə iyunun 27-i çatacaq.

 

Bununla belə, bu müddətdə Ayın bütöv olması bu hadisəni müşahidə etməyə mane olacaq.

Qeyd olunur ki, bu meteor yağışı ötən əsr daha fəal olsa da, son onilliklərdə fəallığı azalıb.