Ağdaşda 284 ədəd çətənə kolları aşkarlanıb

27 İyun 2018 14:36 (UTC+04:00)

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Movqe.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Ağzıbir kənd sakininə məxsus torpaq sahəsində ümumi çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.