Valideynlərə ŞAD XƏBƏR

27 İyun 2018 15:53 (UTC+04:00)

Azərbaycanda xarici şirkətlərdən birinin nümayəndəliyi uşaq bağçalarında kameraların quraşdırılması və görüntünün birbaşa valideynin smartfonuna ötürülməsi layihəsini təklif edir. Belə sistem inkişaf etmiş ölkələrdə artıq çoxdandır ki var. Təklif olunan layihə yaxşıdır, çünki bir neçə dəfə olub ki, uşaq bağçalarında uşaqlara qarşı kobud davranma halları olub. 

Movqe.az xəbər verir ki, bu barədə ARB TV-nin "Günə doğru" verilişində maraqlı süjet yayımlanıb. 

Cümşüd Əliyev - Layihə icraçısı: "Bağça üçün və ya valideyn üçün çox ucuz başa gəlir. 360 dərəcə hərəkət edən kamera vasitəsilə valideynlərə baş verən hadisələrə nəzarət etməyə kömək edir".

Kamera alınandan sonra isə xüsusi tətbiq smartfona yazılır. Həmin tətbiq də imkan yaradır ki, valideyn istənilən vaxt həmin bu proqrama daxil olaraq bağçada uşağının nə etdiyini görəcək, müəllimənin davranışını istənilən yerdən izləyə biləcək. Yetər ki, internet olsun. 

Elmar Nurəliyev - Təhlükəsizlik üzrə ekspert: "Özəl məktəbəqədər təhsil müəssisələrində mühafizə xidməti var. Bunlar təhsil müəssisələrini həm fiziki, həm də videonəzarət vasitəsilə təhlükəsizliyi təmin edirlər".

Təhlükəsizlik məsələsi hərtərəfli olmalıdır. Bağçanın özünün kameraları var, amma bu görüntü ki, məsələni həll etmir. Elə bağça var ki, özünə sərf etməyən, neqativ görüntüləri ört-basdır edir. Çünki biz bildiyimiz 1-2 haldan biridir, həmin bu görüntü. İndi gör nə qədər uşaqlara qarşı kobud davranan müəllimələr və buna şərait yaradan bağçalar var. Ona görə də sadə kameraların valideynin smartfonu ilə əlaqədə olması bağçaları işlərini yaxşı qurmağa məcbur edəcək.