Neftçi-nin növbəti yoxlama görüşünün vaxtı bilindi

27 İyun 2018 16:35 (UTC+04:00)

Neftçi” Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Movqe.az goal.az-a istinadən xəbər verir ki, "ağ qaralar" sabah növbəti yoxlama matçına çıxacaq. Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da veriləcək. Görüş “Neftçi”nin məskunlaşdığı "Fenerbahce Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

“Neftçi” Türkiyə toplanışı çərçivəsində 1 oyun keçirib, Makedoniya klubu “Şkupi”ni məğlub edib (2:0).