Fövqəladə hallar naziri Siyəzəndə vətəndaşları qəbul edəcək

27 İyun 2018 17:24 (UTC+04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 29-da saat 11.00-dan Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a bildiriblər ki, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].