Komitə sədri tapşırıq verdi - Məcburi köçkünlərin hər biri...

28 İyun 2018 10:25 (UTC+04:00)

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 27-də məcburi köçkünləri qəbul edib.

Komitədən Movqe.az-a verilən məlumata görə, müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, status, məskunlaşma, kommunal xidmətlər, məşğulluq və s. məsələlərlə bağlı olub.

Komitə sədri qəbul etdiyi məcburi köçkünlərin hər birinin müraciətinin diqqətlə araşdırılması və mövcud qanunvericilik çərçivəsində cavablandırılması barədə tapşırıq verilib.