Azərbaycanlılara işgəncə verən generalın arvadı həbs edildi

28 İyun 2018 10:48 (UTC+04:00)

Ermənistanda general Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryan istintaqa təslim olub və polis nəzarətinə götürülüb.

Movqe.az xəbər verir ki, bu haqda “Sputnik-Armeniya” Ermənistanın xüsusi təhqiqat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Manvel Qriqoryan Cəbrayıl və Füzulinin işğalı ilə bağlı əməliyyatlar zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansız rəftarı ilə seçilib.

Bu yaxınlarda o, azərbaycanlı əsirlər Dilqəm Əskərov və Şahbaz Quliyevin güllələnməsi təklifini irəli sürüb.