“Opel” traktorla toqquşdu: ər-arvad yaralandı

28 İyun 2018 10:57 (UTC+04:00)

Yevlax rayonu ərazisində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Movqe.az-ın “Report”a istinadən xəbərinə görə, Qaraməmmədli kəndi ərazisində "Opel" markalı avtomobilin traktorla toqquşması nəticəsində Mingəçevir şəhərindən olan 1967-ci il təvəllüdlü sürücü Əhmədov Məmməd və onun 1970-ci il təvəllüdlü həyat yoldaşı Əhmədova Tutu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

 

M.Əhmədovanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.