Bu gün Bakının və Abşeronun bu yerlərində su kəsiləcək

28 İyun 2018 11:28 (UTC+04:00)

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən Movqe.az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

 

İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.