Oğuz sakini narkotik vasitə satarkən tutuldu (FOTO)

28 İyun 2018 14:22 (UTC+04:00)

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Movqe.az-a verilən məlumata görə, Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov narkotik vasitə olan qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı onun evindən sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.