Ermənilər Ağdamda yanğın törətdilər

28 İyun 2018 17:39 (UTC+04:00)

Ermənilər Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğın törədiblər.

Movqe.az APA-ya istinadən bildirir ki, yanğın neytral ərazini keçərək cəbhəyanı kəndlərə, taxıl zəmilərinə yaxınlaşıb. Alov geniş miqyas alaraq Çəmənli kəndi ərazisinə yayılıb.

Alovun taxıl sahələrinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür.