Nazir müavini: "Azərbaycanın aqrobioloji müxtəlifliyi dünya ölkələri üçün əhəmiyyətli genetik mənbədir"

29 İyun 2018 13:26 (UTC+04:00)

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Qlobal Əhəmiyyətli Aqrobioliji Müxtəlifliyin Qorunması və Davamlı İstifadəsi" layihəsi" seminarında kənd təsərrüfatı nazirin müavini Seyfəddin Talıbov deyib.

Ölkənin davamlı və dayanıqlı inkişafının mövcud təbii ehtiyatların səmərəli istifadəsindən asılı olduğunu vurğulayan nazir müavini genetik ehtiyatların kənd təsərrüfatının inkişafında, xüsusilə seleksiya proqramlarının icra edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.