Qarabağ-ın növbəti matçının vaxtı açıqlanıb

29 İyun 2018 15:36 (UTC+04:00)

"Qarabağ" klubunun növbəti yoxlama oyunun vaxtı müəyyənləşib.  Movqe.az goal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçsii sabah Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Suriya milli komandası ilə yoxlama matçı keçirəcək. Qarşılaşma Bakı vaxtıyla saat 20:30-da start götürəcək. 
 
"Qarabağ" daha öncə Bolqarıstanın "Ludoqorest" (1:1) və Avstriyanın "Vakker İnsbruk" klubu ilə (0:0) heç-heçə edib.