Dönər satışı ilə məşğul olan yerlərə təlimatlar paylanacaq

29 İyun 2018 16:24 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu təlimatlar bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq:

"Mən sizinlə razıyam ki, bu gün bir çox dönər evlərində sanitar-gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb".