Prezident İlham Əliyev Kamal Qafarova “Əməkdar həkim” fəxri adı verib

29 İyun 2018 17:17 (UTC+04:00)

Movqe.az bildirir ki, Prezident İlham Əliyev Kamal Qafarova "Əməkdar həkim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Kamal Qafar oğlu Qafarova "Əməkdar həkim" fəxri adı verilsin.