DÇ-2018: Ronaldo və Messisiz rəmzi "11-lik"

29 İyun 2018 18:00 (UTC+04:00)
DÇ-2018-in qrup mərhələsinin rəmzi yığması açıqlanıb.
Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, nüfuzlu “WhoScored” portalı baş tutan 48 qarşılaşmaya əsasən ən yaxşı “11-liy”i müəyyənləşdirib.
Dünyanın ən yaxşı iki futbolçusu Lionel Messi və Kriştianu Ronaldo yığmadan kənarda qalıb. Bu komandada Braziliya və İngiltərədən daha çox – hərəsindən iki oyunçu yer alıb. Maraqlıdı ki, qrup mərhələsini adlaya bilməyən Cənubi Koreyanın qapıçısı da “11-liy”ə daxil edilib.
Qapıçı: Ço Xen U (Cənubi Koreya);
Müdafiəçilər: Mikael Lustiq (İsveç), Yerri Mina (Kolumbiya), Xose Ximenes (Uruqvay), İvan Striniç (Xorvatiya);
Yarımmüdafiəçilər: Kevin Trippyer (İngiltərə), Aleksandr Qolovin (Rusiya), Koutinyo (Braziliya), Neymar (Braziliya);
Hücumçular: Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika).