Prezident İlham Əliyev Burundi dövlət başçısını təbrik edib

30 İyun 2018 18:32 (UTC+04:00)

Prezident İlham Əliyev Burundi Prezidenti Pyer Nkurunzizaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm".