Bakıda 58 yaşlı ruhi xəstə evdən qaçdı

18 İyul 2018 19:44 (UTC+04:00)

Bakıda ruhi əsəb xəstəsi itkin düşüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayon sakini, 1960-cı il təvəllüdlü Məmmədov Mirəzim Abbas oğlu iyulun 17-də yaşadığı İ.Qurtqaşenli küçəsi, 8-dəki evdən qaçıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalar aparılır.