Hindistanda əməliyyatla kişinin boynundan 1,8 kiloqramlıq nəhəng şiş çıxarıldı.
Movqe.az medicina.az-a istinadən bildirir ki, fermer olan kişi 20 ildir ki, bu şişi böyüdüb, həkimə getməyib.
Əvvəl elə bilib ki, onun boğazı soyuqlayıb, daha sonra yerli həkimlər qalxanabənzər vəzin iltihablanıb deyiblər.
Mumbay cərrahları artıq üçüncü pasiyentdən belənəhəng şiş götürürlər. Şişin histoloji müayinəsi xoşxasəlli çıxıb.