Dünyaca məşhur robot Bakıya gəlir (FOTO)

9 Sentyabr 2018 09:00 (UTC+04:00)

27-28 oktyabr tarixlərində Keepface DMCC və FA International Trade Events şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” tədbirində dünyaca məşhur Robot Sophia çıxış edəcək.

Süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var. O həmçinin Səudiyyə Ərəbistanı vətəndaşı elan edilib.

Hanson Robotics tərəfindən hazırlanmış Sophianın oyanış videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=LguXfHKsa0c

 

Tədbirdə həmçinin Google, Microsoft, Forbes və İnstagram kimi dünyaca məşhur şirkətlərin top “influencer” menecerləri çıxış edəcək.

Növbəti ay ərzində tədbirə əsas spiker olaraq qatılacaq tanınmış simaların adları açıqlanacaq. Təşkilatçı şirkət olan FA International Trade Events-dən əldə edilən məlumata əsasən, tədbirə biletlərin satışı yaxın iki həftə ərzində təqdim olunacaq.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/ ünvanından izləyə bilərsiniz.