Yasamalda gənc qız intihar etdi

2 Avqust 2018 11:18 (UTC+04:00)

Bakıda gənc qız intihara cəhd edib.

Hadisə Bakının Yasamal rayonunda Əsəd Əhmədov küçəsində baş verib.

1994-cü il təvəllüdlü X.A (ad, soyad şərtidir) özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb.

O, ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb (Report).