QUSARDA 3 UŞAQ ANASI İNTİHAR EDİB

2 Avqust 2018 12:28 (UTC+04:00)

Qusar rayonunda 3 uşaq anası intihar edib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib. 

58 yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib. 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.