TOVUZDA EVDƏN OĞURULUQ OLUB

2 Avqust 2018 12:47 (UTC+04:00)

Tovuz rayonunda  fərdi yaşayış evindən oğurluq olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Abulbəyli kənd sakini, Sübhan Ələkbərova məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslər girərək oğurluq edib. 

İlkin məlumata görə, evdən 800 manat pul oğurlanıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.