Sobçak prezident İlham Əliyevi verilişinə dəvət edib
13 Aprel 2013 12:25 (UTC+04:00)
Sobçak Azərbaycan prezidenti İlham Əliyevi verilişinə dəvət edib.
Bu barədə Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutu məzunlarının I Ümumdünya Forumunda iştirak edən məşhur
rusiyalı jurnalist Kseniya Sobçak "Twitter" səhifəsində yazıb.
Mövqe.az-ın verdiyi məlumata görə, Kseniya
Sobçak forumda iştirak edərkən Azərbaycan prezidenti İlham Əliyevlə
tanış olduğunu və onu "Dojd" kanalında yayımlanan proqramına dəvət
etdiyini yazıb.
Xatırladaq ki, jurnalist Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutu məzunlarının Ümumdünya Forumunda iştirak
etmək üçün Azərbaycana səfərə gəlib. Forum aprelin 11-13-də
keçirilir.