Pyerluici Kollina UEFA Hakimlər Komitəsinin sədri vəzifəsindən istefa verib

2 Avqust 2018 21:30 (UTC+04:00)

Hakimlər Komitəsinin sədri Pyerluici Kollina istefa verib.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, italiyalı sabiq referi şəxsi işləri ilə əlaqədar postunu tərk edib.
Qeyd edək ki, Kollina 2010-cu ildən UEFA Hakimlər Komitəsinin sədri idi. O, FIFA-da da anoloji postu tutur.