DİQQƏT! 125 nömrəli avtobusun hərəkət sxemi dəyişdi

4 Avqust 2018 12:06 (UTC+04:00)

125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Qeyd olunur ki, dəyişikliyə əsasən 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə yeni mənzillərin verildiyi yaşayış binasınadək hərəkət edirlər.