Almaniyada "İlin futbolçusu" müəyyənləşib

5 Avqust 2018 19:40 (UTC+04:00)

Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Movqe.az goal.az-a istinadla xəbər verir ki, "Kicker"in alman idman jurnalistlərinin Assosiasiyasının üzvləri arasında keçirilən sorğusunda Real-ın futbolçusu Toni Kroos birinci olub. 28 yaşlı yarımmüdafiəçi 185 səs toplayıb. Nils Petersen ("Freiburg", 39 səs) ikinci, Naldo ("Schalke", 38 səs) üçüncü olub. Ötən il T.Kroos bu səsvermədə ikinci olmuşdu. Onu "Bavariya"nın sabiq yarımmüdafiəçisi Filipp Lam qabaqlamışdı.