Sumqayıtda mənzildə qadın meyiti tapılıb

6 Avqust 2018 08:42 (UTC+04:00)

Sumqayıtda mənzildə qadın meyiti tapılıb.

Movqe.az-ın  FHN-ə istinadən verdiyi məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1930-cu il təvəllüdlü İbrahimova Şamama Mehdi qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.