15 yaşlı qız ölüm ayağındakı sevigilisi ilə vidalaşdı - FOTO

28 Oktyabr 2018 15:20 (UTC+04:00)

15 yaşlı Stefanri Rey ölüm ayağındakı sevgilisi, 16 yaşlı Bleyk Uordla hospitalın reanimasiya bölməsindəki palatada vidalaşıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, 16 yaşlı Bleyk Qərbi Uelsdəki Tivin şəhərində dənizdə itkin düşən, sonra da tapılıb xilas olunan üç yeniyetmədən biri idi.

O, Liverpul şəhərindəki "Alder Hey Children's Hospital"a yerləşdirilmişdi.

Dünən axşams saatlarında Bleykin vəziyyəti qəflətən pisləşib. Süni tənəffüs aparatına qoşulmuş yeniyetmə ölüm ayağında idi.

 

Stefani də səhər saatlarında hospitala yollanaraq sevgilisi ilə vidalaşıb.

Və elə səhər saatlarında Bleyk Uord keçinib.