Mingəçevir su anbarında 22 yaşlı gəncin meyiti tapılıb

7 Avqust 2018 18:00 (UTC+04:00)

Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfər batıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.