MN: Azərbaycan Ordusunun mövqelərində partlayış baş verməsi ilə bağlı Ermənistan KİV-də yayılmış xəbər təxribatdır

8 Avqust 2018 20:44 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış baş verməyib.Movqe.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, erməni tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, yalandır və düşmənin növbəti təxribatıdır: "Azərbaycan Ordusunun bölmələrinin döyüş mövqelərində heç bir partlayış hadisəsi baş verməyib.

 

Yayılan məlumat avqustun 6-da Ermənistan silahlı qüvvələrinin mövqelərinin birində, blindajda partlayışın baş verməsi barədə tərəfimizdən verilən məlumata düşmənin uğursuz cavab cəhdidir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir".