Salyanda 16 yaşlı oğlan su kanalında boğuldu

9 Avqust 2018 14:12 (UTC+04:00)

Bu gün səhər saatlarında Salyan rayonunda suda boğulma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 2002-ci ildə anadan olmuş İbrahim Eldar oğlu Qurbanov kəndarası su kanalında çimərkən üzməyi bacarmadığından boğlulub. Oğlan yaxınlıqdakı şəxslər tərəfindən sudan çıxarılsa da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.