Əsədin xərçəng xəstəliyinə tutulan arvadı xalqa müraciət etdi

9 Avqust 2018 15:33 (UTC+04:00)

Suriya prezidenti Bəşər Əsədin xərçəng xəstəliyi diaqnozu qoyulan həyat yoldaşı Əsma Əsəd xalqa müraciət edib. 

Oxu.Az xəbər verir ki, o, fikirlərini “Twitter” hesabında bölüşüb.

“Mən əzm, güc və çətinliklərlə qarşılaşabilmə dünyasına öyrəşmiş xalqdanam. Və mənim qətiyyətim sizin qətiyyətinizdən irəli gəlir”, - o bildirib və öz fotosunu yerləşdirib. Fotoda Əsma Əsədin gülümsəməsi əks olunub.