BİR DAHA “KƏSƏ ÜSLUB” VƏ YA POEZİYADA YENİLƏŞMƏ HAQQINDA...

10 Avqust 2018 09:50 (UTC+04:00)

Məlumdur ki, bilik, inkişafın gələcəyinə müəyyən müddətə də olsa yol açır. Bu biliyi zamanın, dövrün tələblərinə uyğun mütəmadi təzələmək lazım gəlir.Belə ki, əvvəllər qazanılmış bilik özlüyündə təməldir.Onu vaxtaşırı yeniləmək, tamamlamaq, digər sözlə, müasirləşdirmək labüddür.Hazırda nələr varsa, əslində keçmişin nəticəsidir. Odur ki, böyük səhvlər etməmək xatirinə, keçmiş həmişə diqqətdə saxlanmalıdır. Müasir elm adamı öz çalışdığı (maraqlandığı) sahənin keçmişini imkanı daxilində öyrənməli, həlli vacib məsələlər barədə müəyyən fikir söyləməyi bacarmalı, eləcə də həmin sahənin gələcəyi haqqında təsəvvürü olmalıdır. Elmlə məşğul olan böyük zəhməti hesabına işləndikcə ehtiyatı artan, tükənməz mənbə olan təfəkkürünü müəyyən istiqamətdə səmərəli yaradıcılığa kökləyə bilməli, şəxsi mülahizəsinin və elmi maraq dairəsinin yeniləşməsini təmin  etməli, ömrü  boyu bunların təkmilləşməsinə çalışmalıdır. Onun yaradıcı şəxsiyyət olması üçün biliyin keyfiyyəti daim yüksək mövqedən enməməlidir. Daha doğrusu , müəyyən ümumiləşdirici biliklərə yiyələnmək çox vacibdir. Hazırda əksər elm sahələrində lazımi  məlumatlar kifayət  gədərdir. Ağlın canlı fəaliyyəti lazımdır ki, onları məqsədyönlü öyrənsin, araşdırsın və dəyərli elmi nailiyyətlər qazansın...
           Poeziyada  neçə əsrlərdir hökmranlıq edən, dəqiq və səslərin uyğunluğu sayəsində yaradılan qafiyələrə əsaslanan mövcud  üslub  (geniş mənada) ümumi inkişafın, eləcə də müasir elmin səviyyəsinə uyğun gəlmirdi. Həmin üslub vaxtında öz vəzifəsini layiqincə yerinə yetirmiş, sonralar isə şəksiz, yeniləşməyə (təkmilləşməyə) köklü ehtiyac duymuşdur. Bu uyğunsuzluğun  aradan qaldırılmasında Riyaziyyat, Fizika və Fəlsəfə elmləri lazım olan dəstəyi göstərdilər. Riyaziyyatın poeziyada  tətbiq edilə biləcək bəzi əməl və prinsiplərindən yararlanmaqla, zamanın tələblərinə cavab vermək gücündə olan “Kəsə üslub”un yaradılması
(gecikmiş  olsa da!), həmin çatışmazlığa son qoydu. Yekunda isə ümumi gerçəkliklə uyğunluq təşkil edən inkişaf səviyyəsi təmin edildi. Elmi cəhətdən əsaslandırılmış “Kəsə üslub” (dəqiq, səslərin uyğunluğu sayəsində yaradılan  qeyri - dəqiq və qrammatik qafiyələrə əsaslanır) 
                                                                           1
haqqında  müəllifin əsaslı  fikirləri  dövri  mətbuatda dərc olunmuşdur (Bax:”MÖVQE” qazeti № 272, 12 dekabr 2015 – ci il, səh.14 – Poeziyada yeni yaradıcılıq üslubu – “ Kəsə üslub”,№ 126, 16 iyul 2016 – ci il, səh.14 – Poeziyada yeniləşmə zəruri və qaçınılmazdır; “XALQ QƏZETİ”№ 251, 13 noyabr 2016 – cı il, səh.10 – Poeziyada yeni yaradıcılıq  üslubu).
           Yalnız Azərbaycan poeziyası, yaxud Türk xalqları poeziyaları üçün yox, həm də Dünya poeziyası üçün mühüm kəşf – yenilik sayılan “Kəsə üslub” özlüyündə sadə, işlək və gələcəyi olan, digər sözlə, inkişaf etmək üçün yaxşı şəraitə malik üslubdur. Onun imkanları çox genişdir və zaman keçdikcə bu üslubun doğurduğu yeni məqamlar üzə çıxacaqdır.
         “Kəsə üslub”a görə şeirdəki fikir həlledici (hakim)  olduğundan, şeirdəki misra sonluqlarını bitirərkən yeri gəldi - gəlmədi  süni görüntü yaratmaq xatirinə  qeyri - təbii  səslənmədən istifadə etməkdənsə, məntiqə  söykənərək fikrin tələb etdiyi ən uyğun gələn sözlərdən faydalanmaq bəzən daha düşərli olur ( insan qulağı adətən buna alışdığından, şeiri dinləyərkən sözlərdəki hecaların sayı, qafiyə texnikası...heç yada da düşmür).                                                                  
             Mövcud üslubdan (şərti köhnə üslub...) fərqli olaraq, mükəmməlliyə  iddialı “ Kəsə üslub” təbiətinə, yaradılışına görə riyaziyyatla sıx əlaqədədir. Bu üslubla yazılmış poetik əsərlərdə m a h i y y ə t heç vaxt  təhrif olunmur.
            “Kəsə üslub”dakı üç qafiyənin cürbəcür kombinasiyalarına üstünlük verməklə müxtəlif səviyyəli poetik yazılar almaq mümkündür ki, bu da təbii və gözlənilən olmaqla, üslubun riyaziyyatla  bağlılığına dəlalət edir. Bu kombinasiyalardan  hər hansı birinin effektivliyi ( lazımı nəticə verməsi,..), onun tətbiqilə hasıl edilmiş yazının fərqləndirici xüsusiyyəti müraciət edilən konkret mövzudan, onun  təlqin etdiyi ideyadan, fikirdən asılı olaraq  dəyişəcək. Vaxt gələcək, baxılan mövzuların xarakterlərinə görə həmin qafiyə kombinasiyalarının yararlılıq təsnifatı da müəyyən ediləcəkdir.
             “Kəsə üslub” özlüyündə riyazi yanaşma əsasında yarandığından, riyazi məsələ və ya misalın həllinə poeziyada  adekvat olanı şeirdəki fikirdir (  bu paralellik davam etdirilərsə, şeirdəki fikrin bilavasitə əsas ( baş) rolda olması açıq - aşkar sezilməlidir!).
Odur ki, qeyd edilən qafiyə kombinasiyalarından hansınınsa tətbiq üçün seçilməsi həmin fikrin – kəsə , sadə, dəqiq, daha qabarıq,... yazılmasına xidmət  etməlidir( üslubdaki qafiyələrin ən optimal  kombinasiyası  bu məqsədə çatdıra bilər və yüksək səviyyəli yazı almaq imkanı yaradar!). Yoxsa, düzgün qurulmuş müəyyən bir kombinasiyanın bütün hallar ( mövzular) üçün eyni dərəcədə yetərli olacağını düşünmək düzgün deyil. Yazının yüksək və ya zəif səviyyəli alınması bir də məhz bununla əlaqədar baş verəcək.
             Hər yeni poetik əsər öz - özlüyündə həm konkret informasiya yüklü fikirlərin başqalarına otürülməsini,  hikmətli və müdrik kəlamların uzun müddət yaddaşlarda saxlanmasını, gələcək nəsillərə çatdırılmasını... təmin etməli, digər tərəfdən isə müəyyən ritmin, intonasiyanın , ahəngin...daşıyıcısı olmalıdır. Yerinə yetiriləcək bu işin tərkib hissələrinin lazımınca icrasında yuxarıdaki qafiyələrin hərəsinin özünəxas, səciyyəvi rolu vardır.Bütün incəliklərin yetərincə aşkar olunması zamanla bağlıdır, daha doğrusu, bu üslubun arzu ediləcək səviyyədə  tətbiq edilmə dərəcəsindən asılıdır.
             Mövcud  üslubun yer aldığı normativ şeir  texnologiyasında “hökmdar” və ya “hakim” rolunda indi şərti olaraq (belə ki, onun heç bir əsaslanması yodur!)  şeirdəki qafiyə çıxış edir.Son nəticə isı riyazi və fəlsəfi qüsurlara malik olur.
             Əsaslandırılmış “Kəsə üslub”a görə isə “hökmdar” yaxud “hakim” rolunu şeirdəki fikir oynayır. Yekunda isə qüsurlardan azad nəticə hasil edilir. Bu üslubda da şeirdəki qafiyə mühüm rol oynayan poetik element kimi qalır, lakin artıq hakim  mövqe tutmur.
                                                                              2
             İki  qafiyəli mövcud üsluba və üç  qafiyəli “Kəsə üsluba”a əsaslanmış şeirin yazılma texnologiyaları da özlüyündə bir - birindən istər- istəməz fərqlənəcəkdir ( belə ki, birinci halda – sələfdə  q a f i y ə, digər halda – varisdə isə şeirdəki  f i k i r  həlledicidir, hakimdir). Mükəmməl sayılan “ Kəsə üslub”a görə, digər iki qafiyə ilə müqayisədə( birinci  iki qafiyə daha çox şeirdəki ritmin, intonasiyanın, ahəngin daşınmasına xidmət göstərir!) qrammatik qafiyə daha üstün mövqe tutmalıdır! Çünki, məhz onun əlavə edilməsilə (onun sayəsində!) şeirdəki fikir hakim rolunu oynamaq imkanı qazanır (başqa sözlə, “Kəsə üslub”un tətbiqi ilə şeir yazarkən, digər iki qafiyəyə nisbətən qrammatik qafiyə daha aparıcı olmalıdır).  Bütün bunların nəticəsi kimi, bütövlükdə şeirin indiyədək adət etdiyimiz saslənməsində də müəyyən fərqlilik yaranacaqdır. Cəmi yuxarıdakılar isə özlüyündə həqiqəti əks etdirən inkaredilməz faktlardır.                                                                                                                        
             Ümumi inkişafdan geridə qalmamaq üçün hər zaman irəliyə baxmalı və uzun illər ərzində vərdişə çevrilmiş müəyyən dəyərlərdən vaxtında imtina (və ya doğrunu, düzgünü qəbul...) etməyi də bacarmaq lazımdır. Poeziyada baş verən bu yeniləşmələr r e a l l ı ğ ı n ( g e r ç ə k l i y i n) tələbidir və bundan qaçmaq mümkünsüzdür.
             Müəllifin qənaətincə “Kəsa üslub”un mübahisəsiz tələblərinə zəif əməl edilir, nəticədə isə poeziyada yeniləşmə prosesi ləng gedir. Belə vəziyyət aidiyyəti üzrə olan şəxsləri bir qədər düşündürməli və bu işdə daha aktiv vətəndaşlıq mövqeyi tutmağa sövq etməlidir. Belə ki, əsaslandırılmış yeni “Kəsə  üslub”un (köhnə üslubun – sələfin nə vaxt, kim tərəfindən və harada yaranması elmə məlum deyildir) həyata vəsiqə aldığı (yarandığı) məkan – A z ə r b a y c a n adlı gözəl məmləkətdir! 
              Burada süstlük, biganəlik, passivlik,.. göstərmək, əslində həsəd aparmaq, paxıllıq, xudpəsəndlik, gözü götürməmək,.. kimi xoşagəlməz (iyrənc) xüsusiyyətlərin üstünlük təşkil etdiyi şəxslərdə daha çox büruzə verəcəkdir.
              Ayrıca qeyd etməyə dəyər ki, “Kəsə  üslub” həyatda öz sələfindən bir sıra üstünlüklərə malik olan, t a m    m ü s t ə q i l  güclü və ciddi yaradıcılıq üslubudur.
              Gənc yazarlara, poeziya həvəskarlarına yeni stimul vermək məqsədi ilə müəllif, yeni üslubla bağlı bəzi vacib mülahizələrini bu yazı vasitəsilə çatdırmağı zəruri hesab etdi.
              Əminliklə bir daha bildiririk:
              Elmilik, obyektivlik, dialektika nöqteyi - nəzərindən, həmçinin universallıq və məhsuldarlıq baxımından “KƏSƏ ÜSLUB” poeziyada istifadə olunmq üçün daha yararlıdır!


                                                        HƏMİD KƏSƏMƏNLİ
                                                    Fizika - riyaziyyat  elmləri üzrə 
                                                     fəlsəfə doktoru,
                                                         Azərbaycan Yazıçılar Birliyinin üzvü