Gömrükçülər qanunsuz yolla keçirilən siqaretlər aşkarlayıblar (FOTO)

13 Avqust 2018 13:24 (UTC+04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 190" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan  Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd "Parlament Super Slim" və 1180 ədəd "Parlament Carat" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.