Neftçalada ton yarımdan çox çətənə kolları aşkarlandı

13 Avqust 2018 13:49 (UTC+04:00)

Neftçala rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları aşkarlanıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən Boyat kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 1 ton 670 kiloqram olan 427 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.