Yaşı yer kürəsindən çox olan daş aşkar edilib

24 Oktyabr 2018 22:40 (UTC+04:00)

Alimlər elm tarixində ilk dəfə yaşı Yer kürəsinin yaşından qədim olan dağ süxurunun tikəsini aşkar ediblər.

Təxmin etmək çətin deyil ki, bu, vaxtilə Yerə düşmüş meteoritin fraqmentidir.

Movqe.az bildirir ki, tədqiqatçıların gümanına görə, "qonaq" 4,6 milyard il əvvələ məxsusdur. O zaman Günəş sistemi yenicə formalaşmağa başlayırdı. O da məlum olub ki, tapılan meteorit vulkanik mənşəyə malikdir.

milli.az