Ötən həftə Bakı şəhəri üzrə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Movqe.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxəlif xəsarətlər alıb.
Bölmə rəisinin sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb.