Alimlər həssas baş dərisinin yaranma səbəblərini aşkar ediblər

10 Sentyabr 2018 10:11 (UTC+04:00)

Tədqiqatçılar sübut ediblər ki, həssaslıq heç də ekologiya ilə bağlı deyil. Çin alimləri 62 qadının baş dərisi üzərində təcrübə apararaq, onları həssas və qeyri-həssas qrupa bölüblər. Məlum olub ki, baş dərisinin həssaslığı təkcə ekologiya ilə deyil, həmçinin biofiziki xassələrlə bağlıdır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, həssaslıq və yüksək pH dərəcəsindən şikayət edən qadınlarda baş dərisinin daha çox qıcıqlanması, porfirinlərin mövcudluğu müşahidə olunub. Peysərdə dəri piylərinin böyüməsi, Propionibakterium faizinin artması, həmçinin bakterial müxtəlifliyin azlığı aşkarlanıb. Müşahidələr əsasında alimlər belə qənaətə gəliblər ki, baş dərisinin həssaslığına dəri piylərinin sayının artması, mikrobiom azlığı, eləcə də baryer funksiyasının pozulması halları şərait yaradır. Bu göstəricilərin normallaşdırılmasına xidmət edən ərzaq məhsulları və preparatların köməyi ilə problemi aradan qaldırmaq mümkündür. Belə ki, bu cür xoşagəlməz hisslərin müalicəsi qadınların öz əllərindədir. Baş dərisində qan dövranı yaxşılaşdırılmalı və problemli zonalara xüsusi diqqət ayrılmalıdır. Alimlər təsdiqləyirlər ki, pis ekologiya saçların vəziyyətinə heç cür təsir edə bilməz, yalnız insan özü problemi aradan qaldıra bilər.