Rafet El Roman rekord yolunda

30 Aprel 2012 19:35 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Rafet El Roman bu gedişlə yeni mahnısı olan "Səndən sonra" ilə yeni bir rekorda imza ata bilər. Türkiyənin rəsmi siyahısındakı məlumata görə, müğənni 6 həftədir, musiqi məcaralarında "Səndən sonra" mahnısyla siyahılarda birinci yerdə qərarlaşıb.

Son zamanların ən çox dinlənilən və yüklənən "Səndən sonra" mahnısı bir çox musiqi siyahısında birlikdə "Turkcell Top 100" siyahısında da birinci yerdə olub. R.El Roman may ayında başalayacaq Türkiyə turnesindən sonra Avropa konsert turnesinə də start verib. Müğənni turne çərçəvəsində Hamburq, Vyana, Zürix, Münix kimi şəhərlərə gedəcək.

Fuad Mədətov

Movqe.Az