Türkiyədə turist avtobusu aşdı: xeyli yaralı var

24 Avqust 2018 11:11 (UTC+04:00)

Türkiyənin Muğla vilayətində turistləri aparan avtobus aşıb.

Movqe.az Trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər xəsarət alıb. Onların vətəndaşlığı hələ açıqlanmır.

Yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətləri normal qiymətləndirilir.

 

Təfərrüatlar barədə məlumat verilmir.