Putin Türkiyənin xarici işlər və müdafiə nazirləri ilə görüşəcək

24 Avqust 2018 16:12 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşəcək.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, V.Putinin bu günə bir neçə işgüzar görüşü və müşavirə planlaşdırılıb:

 

"Bundan başqa, o, Kremldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və onların rusiyalı həmkarları Lavrov ilə Şoyqunu qəbul edəcək".